Yeni qatarlar martda istifadəyə veriləcək 

15:38 12.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müqaviləyə əsasən 10 qatarın gətirilməsi nəzərdə tutulur.

 

Hafta.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

 
 

 

R.Rüstəmov bildirib ki, onlardaın 4-ü bu ilin sonuna kimi ölkəyə gətiriləcək.

 

"Artıq biri Bakıdadır. 2025-ci ilin sonuna qədər də digər qatarlar da ölkəmizə təhvil veriləcək. Yeni gətirilən qatarların sınaqlardan sonra gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur", - deyə sədr əlavə edib.